8 C
Baku
Friday, December 13, 2024

SOCAR İstanbulda 75 milyon dollarlıq bina aldı

Bina 12 mərtəbəlidir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey” yeni ofis binası alıb.

“SOCAR Turkey” qardaş ölkənin inşaat sektorunun ən böyük daşınmaz əmlak layihəsi sayılan “Vadi İstanbul Bulvar”a köçür.

Bildirilir ki, şirkət İstanbul Cendere, Maslaka yaxın bölgədə yeni ofis mərkəzinə sahib çıxıb.

Həmin bina “Vadi İstanbul Projesi”nə daxildir. Layihədə 180 min kvadratmetrlik ofis sahəsinin tikintisi də daxildir. Hazırda layihənin ikinci mərhələsi həyata keçirilir.

“SOCAR Turkey”nin aldığı ofis binası 12 mərtəbəlidir və 17 min 800 kvadratmetr sahəyə malikdir. Hələlik şirkət ofis binasının alınmasına dair müqaviləni rəsmən açıqlamayıb və gözlənilir ki, sövdələşmə bu həftə açıqlanacaq.

Türkiyə mətbuatının yazdığına görə, şirkət ofis binası üçün 75 mln. dollar ödəyib.

Öz növbəsində SOCAR-dan bildirilib ki, bu gün alqı-satqı müqaviləsinin imzalanması baş tutacaq:

“İmzalanma prosesi baş tutduqdan sonra, aqlı-satqı şərtləri açıqlanacaq”.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər