Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, yaxud SOCAR 2021-ci ilin birinci yarısında 603 milyon manat həcmində mənfəət əldə edib.
Bu barədə Banker.az SOCAR-ın 2021-ci ilin yanvar-iyun ayları üzrə audit olunmamış maliyyə hesabatına istinadla xəbər verir.
Hesabata görə, ilin birinci yarısında öncəki ilin eyni dövrü ilə müqayisədə 38% artaraq 35 milyard 794 milyon manat həcmində gəlir əldə etmişdir.
Satışlarının maya dəyəri isə 31 milyard 793 milyon manat (23 mlrd. 324 mln manat) olub, nəticədə SOCAR 4 mlrd. manat həcmində (2021 I yarı: 2 mlrd. 597 mln.) ümumi mənfəət əldə edib.
SOCAR hesabat dövründə 684 mln. manat (2020, eyni dövrü: 730 mln.) ümumi və inzibati, 717 mln. manat (640 mln. manat) paylaşdırma xərcləri, 179 mln. manat (104 mln. manat) sosial xərclər, 721 mln manat (186 mln. manat) sair xərclər təşkil etmiş, beləliklə əməliyyatı 1 milyard 905 milyon manat (994 mln. manat) mənfəətlə bitib.
Maliyyə və digər xərcləri çıxıldıqdan sonra mənfəəti 1 milyard 138 milyon manat olub.
535 mln. manat həcmində isə mənfəət vergisi ödəyib.