30 C
Baku
Thursday, June 30, 2022

“SOCAR Petroleum” şirkətinin baş direktoru dəyişib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC-nin baş direktoru Rövşən Həsənov işdən çıxarılıb.

Məlumata görə, onun yerinə isə Abdulla Tağıyev təyin olunub.

Qeyd edilib ki, Rövşən İmran oğlu Həsənov bu vəzifəyə ötən ilin dekabrında gətirilmişdi.

A. Tağıyev bundan əvvəl də yüksək vəzifələrdə çalışıb. O, Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin direktoru vəzifəsində, həmçinin Təhsil Nazirin müşaviri vəzifəsində işləyib.

Abdulla Tağıyev iqtisadiyyat naziri Mikayıl Cabbarovun Təhsil və Vergilər nazirliklərində müşaviri olub.

 

 

MənbəBakupost
Son xəbərlər
Oxşar xəbərlər