8 C
Baku
Thursday, December 12, 2024

SOCAR “Premium” benzinin satışı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Son vaxtlar ölkədə “A-95 PREMİUM” markalı avtomobil benzininin satışında məhdudiyyətlərin olması və yaxın zamanlarda qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılır. Məsələ ilə bağlı aidiyyəti qurumlar dəfələrlə cavab versələr də məlumatlar səngimək bilmir.

Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və Kommunikasiya xidmətindən bildirilib ki, yayılan məlumatlar doğru deyil. Heç bir məhdudiyyətdən, bahalaşma söhbət belə gedə bilməz: “Çox güman ki, məhdudiyyət hər hansı yanacaqdoldurma məntəqələrində yaranmış texniki problemlə bağlı olub”

Qeyd edək ki, “A-95 PREMİUM” və “A-98 SUPER” markalı yanacaq növləri ölkədə istehsal olunmur. Hazırda SOCAR-ın balansında olan Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda ancaq “Aİ-92” markalı benzin istehsal olunur, yuxarıda isə qeyd olunan benzin markaları ölkəyə idxal olunur.

“Aİ-92” markalı benzinin qiyməti Tarif (qiymət) şurası tərəfindən tənzimlənir. Digər benzin markalarının qiymətləri isə onların alış bazarındakı qiymətlərdən asılıdır.

“A-95 PREMİUM” və “A-98 SUPER” markalı yanacaq növlərinə olan qiymətlər axırıncı dəfə ötən ilin sentyabrın 15-də artıma doğru dəyişib. Hazırda “A-98” 1,9 manata, “A-95” isə 1,6 manata satılır. Bundan öncə “A-95 PREMİUM”un 1 litrinin qiyməti 1,45 manat, “A-98 SUPER” markalı benzinin qiyməti isə 1,6 manat təşkil edirdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər