15 C
Baku
Saturday, April 20, 2024

SOCAR rəhbərliyinə ödənilən kompensasiyalar 1,2 mln. manatı ötüb

2017-ci ildə SOCAR-ın prezidenti və 12 vitse-prezidenti, ümumilikdə 1,153 mln. manat məbləğində kompensasiya alıb.

SOCAR-ın 2017-ci il üzrə konsolidə olunmuş maliyyə hesabatına istinadən, 2016-cı ildə bu rəqəm 717 min manat təşkil edib. Beləliklə, il ərzində SOCAR rəhbərliyinə verilən kompensasiyanın məbləği 60,8% və ya 436 min manat artıb.

Sənədə əsasən, şirkətin prezidenti və 12 vitse-prezidenti SOCAR-ın digər törəmələrinin Direktorlar Şurasında təmsil olunduqlarına görə kompensasiya alırlar.

Qeyd edək ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevdir. Xoşbəxt Yusifzadə şirkətin birinci vitse-prezidentidir. Şirkətin prezidenti və vitse-prezidentləri ölkə başçısı İlham Əliyev tərəfindən təyin olunur. Rəhbərlikdə təmsil olunan şəxslər həm maaş, həm də premiyalar alır. Bundan başqa, şirkətin müəyyən strukturlarında Direktorlar Şurasının üzvü kimi onlara kompensasiya ödənilir.

Son xəbərlər
Digər xəbərlər