2 C
Baku
Saturday, December 14, 2024

SOCAR: “Socar.space” səhifəsi vətəndaşların şəxsi məlumatlarını əldə etmək məqsədi güdür

SOCAR-ın korporativ nüfuzundan sui-istifadə etmək məqsədi ilə naməlum şəxslər tərəfindən internetdə socar.space ünvanında açılmış saytın mobil versiyasında SOCAR haqqında saxta və həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib.

Banker.az xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.

“Səhifə Azərbaycan vətəndaşlarının şəxsi məlumatlarını əldə etmək məqsədi güdür. Bunun müqabilində vətəndaşlara saxta qazanc imkanı təklif olunur. SOCAR tam qətiyyətlə socar.space saytı ilə heç bir əlaqəsi olmadığını, internetdə insanlara bu cür qazanc təklifi etmədiyini bildirir. Araşdırma aparıldıqdan sonra saytı yaradan şəxslərə qarşı müvafiq hüquqi tədbirlər görüləcək”, – deyə SOCAR-ın yaydığı məlumatda qeyd edilir.

 

Son xəbərlər
Digər xəbərlər