27 C
Baku
Saturday, July 27, 2024

“SOCAR-STP” cərimələnir

“SOCAR-STP” MMC barəsində cərimə protokolu tərtib edilib və bununla bağlı iş məhkəməyə göndərilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, “SOCAR-STP” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cü maddəsi üzrə protokol tərtib edilib və Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

İXM-in 389-cü maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, ”SOCAR-STP”-nin əsas fəaliyyəti qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıq, fontan armaturu, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərini həyata keçirməkdən ibarətdir.

Son xəbərlər
Digər xəbərlər