“Dünya birjalarında neftin qiyməti uzun müddət ərzində 40-60 dollar dəhlizində dəyişəcək”.
Bu barədə “SOCAR Trading” şirkətinin icraçı direktoru Arzu Əzimov bildirib.
“Barrel üçün 40-60 dollar – günümüzün yeni reallığıdır. Qlobal istehsalçılar bunu qəbul etməlidirlər”, – deyə icraçı direktor qeyd edib.
Hazırda Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,36 dollar və ya 0,69% artaraq 52,24 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,34 dollar və ya 0,58% artaraq 58,78 dollar olub.