“SOCAR Trading” Özbəkistandan naftanın yüklənməsinə başlayıb və onu Qara dəniz limanlarına çatdırır.
Banker.az xəbər verir ki, bu barədə SOCAR-ın Beynəlxalq biznesin inkişafı departamentinin rəhbəri Toğrul Köçərli Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci illik toplantısı çərçivəsində keçirilən biznes-forumda bildirib.
Onun sözlərinə görə, QDTİB region ölkələrinin yaxınlaşmasına kömək edir, Azərbaycan isə burada Mərkəzi Asiyadan Aralıq dənizi və Qara dəniz vasitəsilə beynəlxalq bazarlara yük axınlarının tranzitini təmin edərək əsas hab rolunda çıxış edir.







