4 C
Baku
Friday, March 29, 2024

“SOCAR Trading”in rəhbərliyində dəyişiklik olub

“SOCAR Trading”in rəhbərliyində dəyişiklik olub. Ədnan Əhmədzadə “SOCAR Trading”in icraçı sədri təyin edilib.

“Ə.Əhmədzadə buna qədər “SOCAR Trading”in İdarə Heyətinin üzvü idi və uzun illər şirkətin idarə olunmasında aktiv iştirak edirdi.” – deyə SOCAR-ın açıqlamasında deyilir.

Məlumata görə, Emil Bayramlı “SOCAR Trading”in maliyyə direktoru, Məryəm Almaszadə isə şirkətin İcraçı Direktoru təyin edilib.

Arzu Əzimov ”SOCAR Trading”də fəaliyyətini davam etdirir və onun yeni vəzifəsi yaxın vaxtlarda elan ediləcək.

Son xəbərlər
Digər xəbərlər