“SOCAR Türkiyə” Türkiyənin dizel yanacağına olan ehtiyacını 20-25% təmin edir.
Bu barədə “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin rəhbəri və “Petkim Petrokimya Holding”in Baş direktoru Anar Məmmədov İzmirdə təşkil olunan mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, şirkət Türkiyənin neft məhsullarına olan ehtiyacını 25% təmin edir.
Anar Məmmədov onu da qeyd edib ki, “SOCAR Türkiyə” Türkiyənin neft-kimya məhsulları üzrə bazarının 12%-ni əhatə edir. SOCAR -ın Türkiyədə investisiya yatırımlarının həcmi 18 mlrd. dollar səviyyəsindədir və bu vəsaitin 10 mlrd. dolları İzmirin Əliağa bölgəsinin payına düşür.