9 C
Baku
Friday, December 13, 2024

SOCAR və “Nobel Oil Services”in birgə müəssisəsi 11 mln. manat zərər edib

Azərbaycanda SOCAR və“Nobel Oil Services”in birgə müəssəsi olan “Oyl ənd Qəs ProServ” MMC-dir (Oil and Gas ProServ, yaxud OGP) 2021-ci ili zərərlə başa vurub.

Banker.az xəbər verir ki, OGP-nin ötən ilki gəlirləri cəmi 7 milyon manat olub. Bu da öncəki ildən 4 mln. manat, yaxud 2.33 dəfə çoxdur. Lakin, şirkətin gəlirləri xərclərini qarşılaya bilməmiş və 11 milyon manat həcmində zərər edib.

Şirkət 10 milyon manat aktivə və 11 milyon öhdəliklərə sahibdir.

Neft sənayesinə yeni texnologiyalar, səmərəli idarəetmə və lokal təcrübə təklif edən yerli şirkət OGP 2005-ci ildə yaradılıb. NEQSOL Holding-in B.Britaniyada qeydiyyatda olan və Azərbaycanda enerji sektoru üzrə törəməsi olan “Nobel Oil Services”in də payı var.

“Oil and Gas ProServ”in hazırda 100 000 avro nizamnamə kapitalına sahibdir. Əsas səhmdarı SOCAR-dır (55%).

2020-ci ilin əvvəlində SOCAR-ın payı 30% idi, sonradan payını artırmaqla 55%-ə yüksətlmişdi.

 

Son xəbərlər
Digər xəbərlər