-1 C
Baku
Saturday, December 14, 2024

SOCAR yarım ildə ₼1.4 milyard mənfəət edib

Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ilin 30 iyun tarixinə 1.414 milyard manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövrünə SOCAR-ın mənfəəti 4.624 milyard manat olub.

Banker.az bu barədə şirkətin konsolidasiya edilmiş qısaldılmış aralıq maliyyə vəziyyəti haqqında hesabatına istinadən xəbər verir.

Ötən il SOCAR-ın satışdan gəlirləri 42.181 milyard manat (əvvəlki il 60.328 milyard manat), satışının maya dəyəri 37.538 milyard manat (əvvəlki il 53.310 milyard manat), paylaşdırma xərcləri 1.163 milyard manat, ümumi və inzibati xərcləri 928 milyon manat təşkil edib.

Bu il iyulun 1-nə SOCAR-ın aktivləri 70.351 milyard manat olub ki, ötən il 80.835 milyard manat təşkil etmişdir. Hesabat dövründə şirkətin öhdəlikləri 23% azalaraq 36.722 milyard manat, cəmi kapitalı isə 0.9% artaraq 33.629 milyard manat olub.

Xatırladaq ki, SOCAR ölkə prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə yaradılıb. 100 % dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir.

Son xəbərlər
Digər xəbərlər