2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Respublikasının Dövlət Neft fondu yuana 1,8 milyard dollar yatırım edəcək

Azərbaycan Respublikasının Dövlət Neft fondu 2014-cü il ərzində Çin valyutasına 1,8 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Bunu Financial Times nəşrinə verdiyi müsahibəsi zamanı fondun icraçı direktoru Şahmar Mövsumov bildirmişdir. Onun bildirdiyinə görə, hazırda fond Çin  valyutasına investisiya etmək üçün son lazımi prosesləri həyata keçirir. 

Fondun valyuta ehtiyatlarının həcminin artırılması barədə qərar 2013-cü ilin sonunda qəbul edilmişdi. Qeyd edək ki, ehtiyat valyuta milli valyuta ilə deyil, digər ölkələrin valyutaları ilə olmalı idi. Hazırda fondun idarəsində olan aktivlərin həcmi 36,6 milyard dollar həcmindədir. Azərbaycan Respublikasının Dövlət Neft fondu böyüklüyünə görə dünyada 28-ci müstəqil fonddur.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.