10 C
Baku
Friday, December 13, 2024

“SOCAR”ın idarəsindən 30 min manata yaxın oğurluq edildi

“Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsində oğurluq hadisəsi olub.

Banker.az bu barədə Daxili İşlər Nazirliyinin(DİN)  Mətbuat xidmətindən əldə etdiyi məlumata əsasən xəbər verir.

Belə ki, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-dən 23-dək olan müddətdə Qarabulaq kəndində yerləşən “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinə məxsus ərazidən 21 474 manat dəyərində 2 980 metr dəmir boru və 5 810 metr naqil oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş H.Muradov saxlanılıb.

Son xəbərlər
Digər xəbərlər