“SOCAR Construction” MMC-nin nizamnamə kapitalı 2-ci dəfə azaldılıb.
“SOCAR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 8 972 311 manat məbləğdən 2 198 970 manat məbləğə azaldığını elan edir. Belə ki, “SOCAR Construction” MMC-nin nizamnamə kapitalo 6 773 341 manat azalıb.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 65A ünvanına bildirə bilərlər.
2020-ci ilin sonlarında “SOCAR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 20 600 900 manat məbləğdən 8 972 311 manat məbləğə azaldığını elan etmişdir.
Onu da qeyd edək ki, “SOCAR Construction” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin qanuni təmsilçisi Zaur Ağayevdir.