10 C
Baku
Friday, December 13, 2024

“Sərt” Brexit 2008-ci il maliyyə böhranının təkrarlanmasına səbəb ola bilər

“Sərt Brexit” və ya Böyük Britaniyanın Aİ-dan müqaviləsiz çıxması məsələsi, tez-tez 2008-ci ilin böhranı ilə müqayisə olunur. “Societe Generale” maliyyə qrupunun idarə heyətinin sədri Lorenzo Bini-Smagi qeyd edir ki, “sərt Brexit” qlobal iqtisadiyyat üçün ən böyük təhlükələrdən biridir.

Banker.az xəbər verir ki, “Qlobal iqtisadiyyatda bir neçə risk var. Düşünürəm ki, onlardan biri də Brexit-dir, çünki onun dünya iqtisadiyyatına necə təsir edəcəyini proqnozlaşdırmaq çətindir. Psixoloji təsir çox güclü və dağıdıcı ola bilər, misal üçün 2008-ci ildə müflis olan Lehman Brothers investisiya bankını götürək. Bir sözlə, biz bu prosesi diqqətlə izləməliyik”, – deyə mütəxəssis bildirir.

“Əgər ingilislər səyahət etməkdə, mağazalarda istədikləri məhsulu tapmaqda və s. çətinliklərlə üzləşməli olsalar, bu günki media mühitində bu, qlobal iqtisadiyyata, real iqtisadiyyata və maliyyə sektoruna təsir edə bilər”.

“Bizim Londonda və qitədə insanlarımız var. Yəni, biz yeni şəraitə mümkün qədər tez uyğunlaşa biləcəyik”, – Lorenzo “sərt” Brexit-in nəticələrinin yumşadılmasına dair fikir söyləyir.

“Yəni, biz nəticənin nə olacağını bilmək istəyirik. Çünki söhbət təkcə Brexit-dən deyil, həm də Aİ və Britaniya arasında bağlanacaq müqavilədən gedir. Biz bilməliyik ki, Londondan və Parisdən nə edə biləcəyik, investisiya və bank biznesinin gələcəyini nədir”.

Xatırladaq ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması 2020-ci ilin 31 yanvar tarixində baş tutmalıdır.

FT-nın qeyd etdiyi kimi, Aİ-nın diplomatları Brexit məsələsinin təxirə salınmasını müzakirə etməyə hazır olduqlarını bildiriblər.

 

Son xəbərlər
Digər xəbərlər