8 C
Baku
Saturday, December 3, 2022

Soçiyə səfər edən Ermənistan nümayəndə heyətinin tərkibi açıqlanıb

Bu gün Soçidə baş tutacaq görüşlə əlaqədar Rusiyaya səfər edən Ermənistan nümayəndə heyəti açıqlanıb.

Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi heyətə Baş nazirin müavini Mher Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmilər daxildir.

Qeyd edək ki, bu gün Soçidə Ermənistan Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin üçtərəfli görüşü keçiriləcək. Üçtərəfli görüşdən əvvəl isə Putin Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə ayrı-ayrılıqda görüşəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X