15 C
Baku
Friday, March 29, 2024

Son 6 ayda “Atasığorta”nın aktivləri azalıb

2019-cu ilin iyulun 1-nə “Atasığorta”nın aktivləri 27,045 mln manat olub ki, bu da ilin əvvəli ilə  müqayisədə 5% azdır.

Banker.az bu barədə “Atasığorta”nın maliyyə hesabatına istinadən xəbər verir.

“Atasığorta” cari ilin  I yarısını 1,113 mln manat  xalis mənfəətlə başa vurub. 

“AtaSığorta”nın cəmi gəlirləri 14 milyon 27 min manat, cəmi xərcləri isə 12 milyon 914 min manat təşkil edib. Hesabat ilinin əvvəlində isə şirkətin cəmi gəlirləri 17,997 mln manat olub. Şirkətin cəmi öhdəlikləri hesabat ilinin əvvəli ilə müqayisədə 13% azalaraq 16,825 mln manat olub.

Cari ilin yanvar-iyul aylarında “AtaSığorta”nın  balans kapitalı 10,22 mln manat olub.

Şirkətin birbaşa sığorta üzrə sığorta haqları 9,365 mln, təkra sığorta üzrə sığorta haqları 15,373 mln manat təşkil edib.

 

 

 

Son xəbərlər
Digər xəbərlər