Azərbaycan 2020-ci ilin əvvəlindən oktyabrın sonuna qədər 15.26 min ton şokolad idxal edilib. İdxal olunmuş şokolada görə ölkənin xərci isə 36.39 milyon ABŞ dolları təşkil edib.
Azərbaycan idxal etdiyi şokoladın 11.09 min tonu ( 24.03 mln. dollar) Rusiyadan, 1.76 min ton (3.24 mln. dollar) Ukraynadan, 0.94 min tonu (4.19 mln. dollar) Türkiyədən, 0.76 min tonu (1.12 mln. dollar) İrandan, 0.12 min tonu (0.91 mln. dollar) İtaliyadan və 0.08 min tonu (0.72 mln. dollar) Polşadan idxal edilib.
İdxal edilmiş şokoladda Rusiya Federasiyasının payı yüksək olmaqdadır. Burada söhbət idxal olunan şokoladın həcmindən gedir. Hətta öncəki ildə 72.4% olduğu halda, bu il 72.8%-ə qədər yüksəlib. Lakin, dəyər baxımından isə payı 67.3%-dən 66.4%-ə qədər azalıb.
İdxal dəyərinə görə Türkiyənin payı isə 9.9%-dən 11.3%-ə qədər yüksəlib.
Qiymətlər bahalaşıb
Azərbaycan hər kiloqrama düşən idxal dəyərinə görə, bu ticarət partnyorlarından ən baha olaraq 8.86 dollara Polşadan idxal edilib ki, bu öncəki il 12.28 dollar idi. İtaliyadan 7.4 $/kq(2019: 7.72) , Türkiyədən 4.45 $/kq (5.32), RF-dən 2.17 $/kq (2.33), Ukrayinadan 1.84 $/kq (0.76) olmuşdur.
Ölkə üzrə ortalama şokoladın idxal etdiyi hər kiloqramın dəyəri 2.39 dollar olub. Bu əvvəlki ildə 2.50 dollar idi.
Lakin, bu qiymətlər bazarda o qədər də təsir etməyib, əksinə, idxal olunan şokoladın qiyməti bahalaşıb. Banker.az-ın rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, xaricdən idxal edilən 100 qr. çəkidə olan şokoladın qiyməti hazırda 1.78 manat təşkil edir. Bu öncəki ildə 1.66 manat idi.