7 C
Baku
Thursday, December 12, 2024

Şolts: “Almaniya 2023-cü ildə ÜDM-nin artacağını gözləyir”

Almaniya bir çox ekspertlərin proqnozlaşdırdığı dərin tənəzzüldən yan keçə bilib.

Bu barədə çərşənbə axşamı kansler Olaf Şolts bildirib.

Şolts qeyd edib ki, Almaniyada dərin tənəzzüllə bağlı çoxsaylı proqnozlar özünü doğrultmayıb. Ölkə iqtisadiyyatı keçən il artıb. Həmçinin bütün çətinliklərə baxmayaraq, enerji çatışmazlığının qarşısı alınıb. O xatırladıb ki, hakimiyyət orqanları qaz anbarlarının tez bir zamanda doldurulması, eləcə də maye qazın idxalı imkanlarının yaradılması üçün bütün səylərini əsirgəməyib. Onun sözlərinə görə, Almaniya hökuməti 2023-cü ildə ölkədə ÜDM-nin 0.2 faiz artacağını gözləyir.

Xatırladaq ki, bir müddət öncə “Bundesbank” Almaniya iqtisadiyyatının tənəzzülün astanasında olduğu barədə xəbərdarlıq etmişdi.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər