17 C
Baku
Saturday, May 18, 2024

Şolts Rusiyanı etibarsız qaz təchizatçısı adlandırıb

Almaniya kansleri Olaf Şolts mətbuat konfransı zamanı Rusiyanı etibarsız qaz təchizatçısı hesab etdiyini bildirib. Onun sözlərinə görə, Rusiyadan yanacaq tədarükünə ümid etmək olmaz.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

O xatırladıb ki, Avropa İttifaqı və G7 Rusiya qazına əsassız embarqo qoymayıb. Şolts əlavə edib ki, müqavilələr üzrə qaz tədarükü ilə bağlı iddialar, dövrün pis və ya yaxşı olmasından asılı olmayaraq, indi həqiqətə uyğun deyil.

Kansler qeyd edib ki, Rusiyadan Almaniyaya bir neçə boru kəməri çəkilib – Ukrayna, Yamal və Şimal axınından keçən qaz kəməri. Onların gücü Rusiyanın tədarük üzrə öhdəliklərini yerinə yetirmək üçün kifayətdir.

Onun sözlərinə görə, texniki baxımdan Rusiyanın öhdəliklərini yerinə yetirməkdə heç vaxt problemi olmayıb. Şolts onu da bildirib ki, Moskvanın “Şimal axını” ilə qaz nəqlinin texniki səbəblərə görə azaldılması ilə bağlı bəyanatları “inandırıcı deyil”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər