Ukrayna müharibədən sonra Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvü olacaq.
Bunu Almaniya Kansleri Olaf Şolts Sosial Demokratlar Partiyasının 160-cı ildönümü münasibətilə keçirilən mərasimdə deyib.
“Putinin öz imperialist çılğınlığını gücləndirmək üçün yazdığı qitəmizin acı tarix səhifəsi Avropa İttifaqına tamhüquqlu üzv dövlət kimi yüksələn azad Ukrayna ilə nəticələnəcək”, – Şolts bildirib.
Şolts əlavə edib ki, güc tətbiq etməmə, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərini əsas tutan SDP Ukraynanın tərəfini tutmalıdır.