7 C
Baku
Thursday, December 12, 2024

Son 10 illərin məşhur müflis ölkələri

Son 200 il ərzində minimum 83 dövlət müflis statusunu qazanıb və bu hal həmin ölkələrin bəzilərinin tarixində bir neçə dəfə təkrarlanıb.

16 avqust 1788-ci ildə Fransanın Maliyyə naziri L.de Brienn ölkəni müflis elan edir. Ölkəni bu vəziyyətə isə məhsulsuzluq və XVI Lüdovikin xərclərindən boşalmış dövlət xəzinəsinin müflis olması gətirib çıxarır. Bu dövrdən başlayaraq, müflislik bütün ölkələrə də toxunur.

Son 10 illərin ən məşhur müflis ölkələri aşağıdakılardır:

Yunanıstan:

Yunanıstan özünü müflis edən son ölkələrdən biridir. 1 iyul 205-ci ildə ölkə rəhbərliyi BVF-na 1,54 milyard avro ödəmir. Lakin bu ölkə tarixində ilk belə hadisə deyildi. Antik dövrdən qalan öhdəliklərin yerinə yetirilməməsini hesaba almasaq, Yunanıstanda müstəqillik əldə edildikdən sonra 5 defolt yaşanıb. Hazırda ölkənin dövlət borcu ÜDM həcminin 172,7%-nə çatır.

Argentina:

Argentina 21-ci əsrdə 2 dəfə, bütün tarixi boyunca isə 8 dəfə özünün borc öhdəliklərini yerinə yetirə bilməyib. Ölkədə ən güclü defolt isə 2001-ci ildə yaşanıb və bu zaman defolt rəhərliyin dəyişməsi və ölkədə çaşqınlığın yaranmasına səbəb olmuşdu. Ölkə ən son olaraq 2014-cü ildə xarici öhdəliklərini yerinə yetirmədi. Hazırda ölkə yenə müflislik həddindədir. Dövlət borcu isə ÜDM-un 49,5%-ni geridə qoyur.

Cənubi Amerika:

Cənubi Amerika müflis ölkələr ilə zəngindir. Argentinadan əlavə, regionun daha 11 dövləti müflislikdən qaça bilməyib. Bəziləri isə hətta bu baxımdan antireytinqdə dünya liderlərinə çevrilib. Venesuela (həmçinin Peru və Ekvador) öz tarixi boyunca 10 dəfə müflis olub. Ölkə son dəfə 2014-cü ildə öz öhdəliklərinin öhdəsindən gələ bilmədi. Bu gün ölkə hələ də müflis olmaq həddindədir. Dövlət borcu isə ÜDM həcminin 39,6%-ni təşkil edir.

İslandiya:

2008-ci ildə İslandiyanın bank sistemi çətin vəziyyət ilə üzləşir. Ölkədə 3 özəl bank müflis olur, depressiya başlayır və növbəti iki il ərzində iqtisadiyyat 10% geriləyir. Keçirilən referendumun nəticəsi olaraq isə ölkə xarici borcları ödəməkdən imtina edir. 2011-ci ildən başlayaraq ölkə iqtisadiyyatı dirçəlməyə başlayıb. Bununla yanaşı, ölkənin dövlət borcu ÜDM-un 67,6%-ni təşkil edir.

Rusiya:

1998-ci ildə Rusiyada iqtisadi böhran fonunda texniki defolt elan edilir. Bu ölkə tarixində ən geniş miqyaslı müflislik idi və Rusiya rəhbərliyi BVF-na ödəməli olduğu 17 milyard dolların yalnızca 10 milyard dollarını geri qaytara bilir. Hazırda Rusiyanın dövlət borcu ÜDM-un 17,7%-nə bərabərdir.

Son xəbərlər
Digər xəbərlər