6 C
Baku
Sunday, December 15, 2024

“Son 2 ildə ADB-nin Azərbaycan üzrə kredit portfeli 2 dəfə böyüyüb”

Asiya İnkişaf Bankı (ADB) 2017-ci ildə region ölkələrinə rekord həddə – 20,1 mlrd. ABŞ dolları məbləğində kredit verib.

Bunu maliyyə naziri Samir Şərifov Bankın Filippinin paytaxtı Manilada keçirilən 51-ci İllik Toplantısındakı çıxışında deyib.

“Bu rəqəm 2016-cı ilə nisbətən 7 mlrd. dollar, 2015-ci ilə nisbətən isə 4 mlrd. dollar çoxdur. Son 2 il ərzində ADB-nin özəl sektora ayırmaları 31% artaraq 2,3 mlrd. dollara çatıb. Bu kifayət qədər böyük rəqəmdir”, – nazir qeyd edib.

Bundan başqa, S.Şərifovun sözlərinə görə, 2016-2017-ci illərdə bankın Azərbaycan üzrə kredit portfeli 2 dəfə böyüyüb: “Azərbaycan ADB-dən davamlı dəstək alıb və bununla da son 2 il ərzində ölkəmiz üzrə kreditləşmə göstəricisi 2 dəfə artıb. Verilmiş kreditlər bankın yol tikintisi, içməli su təchizatı, suvarma,, sanitariya və enerji infrastrukturunun qurulmasında, eləcə də ictimai sektordakı islahatlarda rolunu artırıb. Kredit portfelinin böyüməsi layihələrin yüksək səviyyədə həyata keçirilməsinin, ADB ilə Azərbaycan arasında əlaqələrin genişlənməsinin göstəricisidir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər