8 C
Baku
Wednesday, November 30, 2022

Son 3 ayda “Premium Bank” müştəriləri 75 mln. manatlıq əmanətlərini geri çəkib [infoqrafik]

“Premium Bank” ASC-nin cəmi aktivləri 2019-cu ilin 1 oktyabr tarixinə 576,39 mln. manat təşkil edib ki, bu da son 3 ay ərzində 11% azalma olması deməkdir.

Banker.az bu barədə kommersiya bankının 2019-cu ilin 3-cü rübünə olan maliyyə hesabatına istinadən xəbər verir.

Cəmi aktivlərin əsas payı 493,47 mln. manatı müştərilərinə verdiyi kreditlərdir – bu 3 ay öncə, yəni 2-ci rübdə 564,29 mln. manat təşkil edirdi.

Bankın cəmi öhdəlikləri 523,6 mln. manat olmaqla, bunun, 396,93 mln. manatı müştərilərdən cəlb etdiyi əmanətlərdir. Analoji azalma göründüyü kimi “Premium Bank”ın əmanət portfelində də müşahidə edilir.  Belə ki, cari ilin 2-ci rübündə bank 472,15 mln. manatlıq əmanət portfelinə sahib idi, bu da, 16% (75,21 mln. manat)  azalma olması deməkdir.

Hazırda “Premium Bank”ın cəmi kapitalı 130,43 mln. manat təşkil edir.

324

Son xəbərlər
Digər xəbərlər
X