13 C
Baku
Wednesday, May 15, 2024

Son ayda Azərbaycanda iqtisadi artım zəiflədi

2022-ci ilin yanvar-avqust aylarında ölkədə 84 milyard 880.4 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

DSK bildirir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5.8 faiz çoxdur. Bu 2022-ci ilin yanvar-iyul ayları üzrə 6.2% idi.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2.0 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 10.3 faiz artmışdır.

ÜDM istehsalının 52.5 faizi sənaye, 7.9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6.1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5.1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3.9 faizi tikinti, 1.5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.3 faizi informasiya və rabitə sahələrinin, 14.1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7.6 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 8 440.1 manata bərabər olmuşdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər