6 C
Baku
Sunday, December 15, 2024

Son ayda Azərbaycanda orta aylıq əməkhaqqı 41 manat artıb – DSK

2022-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,4 faiz artıb.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

1 aprel tarixinə ölkədə orta aylıq nominal əməkhaqqı 809 manat olmuşdur. Son ayda isə bu 40.7 manat artım demədkir.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

2022-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 min nəfər və ya 1,4 faiz artaraq 1702,8 min nəfər olmuş, onlardan 905,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 797,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 19,6 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,6 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 13,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

Son xəbərlər
Digər xəbərlər