12 C
Baku
Saturday, November 23, 2024

Son ayda manatın real effektiv məzənnəsi düşüb

Azərbaycan manatının real effektiv məzənnəsi (REM) dekabrda son 11 ayın ən zəif göstəricisni nümayiş etdirib.

Banker.az xəbər verir ki, manatın REM-i dekabrda 121.4 bəndə düşüb. Bu öncəki ayda 122.4 bənd təşkil edirdi.

Manatın rəsmi məzənnəsi ABŞ dolları ilə sabit qaldığı üçün çox vaxt dünyanın ən populyar valyutasının qiyməti ilə bu REM korrelyasiya təşkil edir.

Manatın real effektiv məzənnəsini ölçən indeks sonuncu dəfə 2023-cü ilin yanvarında bu səviyyədə olmuşdu.

Məsələn, dekabr iclasında ABŞ Federal Ehtiyat Sisteminin bir neçə vacib açıqlama verdi ki, bu da investorları tərəfindən “yumşalma” kimi dəyərləndirildi. Yəni, mümkün ehtimal kimi FED-in 2024-cü ildə gözləniləndən daha çox faiz endiriminə gedəcəyi proqnoz edildi. Bu iclasdan sonra ABŞ dollarında mövqelənən investorlar satış etməyə başladı ki, bu da dolların dəyərinin zəifləməsinə gətirib çıxardı. Altı əsas valyuta səbətinə qarşı ölçülən ABŞ dollarının indeksi dekabrda 101.03 bəndə düşdü. Bu oktyabrda 106.5 bənd və noyabrda 103.43 bənd idi.

Dollar 2024-cü ilin dekabrında itirdiyi dəyərin bir hissəsini bərpa edib və  çox güman ki, manatın REM-i bu ay üzrə dekabrda daha yüksək performans sərgiləyəcək.

 

Son xəbərlər
Digər xəbərlər