18 C
Baku
Thursday, May 23, 2024

Son hadisələrdən sonra avro və sterlinq ABŞ dollarına qarşı bahalaşıb – Bu, manata da təsir edib

Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcələrini iyirmi ilin ən yüksək səviyyəsinə qaldırmasından sonra cümə axşamı günü İngilis funt-sterlinqi və avro dollara qarşı bahalaşma yaşadılar.

Banker.az xəbər verir ki, sterlinq həftə ərzində 1.68% bahalaşmaqla 1.2781 dollar səviyyəsinə yüksəldi. Bahalaşma hazırda davam edir. Məzənnə 1.2780 səviyyəsindədir.

Avro/dollar isə həftə ərzində 1.79% bahalaşma ilə 1.0940 səviyyəsinə yüksəldi.

Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən, bir ingilis funt sterlinqi 1.32% artımla 2.1727 manat səviyyəsinə, bir avro isə 1.38% artımla 1.8598 manat səviyyəsinə yüksəlib.

ECB inflyasiyanın 2025-ci ilə qədər 2%-lik hədəf dərəcəsinin üzərində qalacağını gözlədiyini və Avrozona iqtisadiyyatının geridə qalmasına baxmayaraq daha çox faiz artımına işarə etdiyi məlum oldu.

Mərkəzi bank “sağlam” əmək bazarının təsirləri səbəbindən növbəti iki il üçün enerji və ərzaq istisna olmaqla inflyasiya proqnozlarını yenidən nəzərdən keçirdiyini bildirib.

“İqtisadi artımın qısa müddətdə zəif qalacağı, lakin inflyasiyanın aşağı düşməsi ilə il ərzində güclənəcəyi gözlənilir”,- deyə ECB prezidenti xanım Kristin Laaqard deyib.

Öncəki gün ABŞ Federal Ehtiyatlar Sistemi 10 ardıcıl artımdan sonra faiz dərəcələrini dəyişməz saxladı, lakin bu ilin sonunda daha sərt bir mövqe sərgiləyir.

Bununla belə, maliyyə bazarı üzrə analitiklərə görə, FED-in növbəti addımlarda yumşalmaya getmə ehtimalı daha iki artım etməsindən daha realdır. Bu da sterlinqin 1.30 dollar məzənnəsinə qədər yüksələcəyi ehtimalını artırır.

Əlavə olaraq, ölkədə iş yerləri ilə bağlı statistikalardan sonra bu həftə Böyük Britaniyada faiz artımı gözləntiləri artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər