İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (BKM) avqustun 1-dən 15-dək olan müddətdə Ukrayna limanlarından 563 317 ton ərzaqla 21 gəminin yola düşməsini təsdiqləyib.
Bu barədə BMT-nin BKM-dəki ofisinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, Ukraynanın nəzarəti altında olan limanlardan 451 481 ton qarğıdalı, 50 300 ton günəbaxan yarması, 41 622 ton buğda, 11 min ton soya, 6 min ton günəbaxan yağı, 2 914 ton günəbaxan tumu daşınıb.
BKM həmçinin bu iki həftə ərzində 15 gəminin İstanbuldan Ukrayna limanlarına hərəkətini qeydə alıb. 27 yoxlama aparılıb. Onların hamısı uğurla başa çatıb.