İnternetdə “Sony” şirkətinin istehsal etdiyi yeni smartfonun görüntüləri yayılıb.
“Sony Xperia G3121” smartfonunun görüntüləri təqdimatdan öncə “TechLover HD” insayderi tərəfindən “YouTube”a yerləşdirilib. Rəsmi təqdimatın fevralın 27-də Barselonada təşkil olunacaq “MWC 2017” sərgisi çərçivəsində keçirilməsi nəzərdə tutulub.
İnsayder bildirib ki, videoda cihazın prototipinin görüntüləri yer alıb. Rəsmi təqdimata qədər istehsalçı çətin ki, cihazda hər hansı dəyişiklik etsin.
Rolikdən görünür ki, smartfonun korpusu düzbucaqlıdır, 5,2 ölçülü Full HD ekran nazik çərçivəyə malikdir. Cihaz “MediaTek Helio P20” bazasında yaradılıb, 4 GB operativ və 64 GB daxili yaddaşa malikdir. Əsas kamera 23 meqapiksel, ön kamera isə 16 meqapikseldir.
Smartfonun qiyməti hələ məlum deyil.