20 C
Baku
Bazar, Oktyabr 17, 2021

Sorğu: Sakinlərin Bakıda ‘ən ucuz supermarketlər’i məlum olub

Bakıda 500 nəfər arasında aparılan sorğuya əsasən, onların fikrində ən ucuz supermarket və marketlər müəyyən olunub.

Banker.az xəbər verir ki, bu barədə sorğunu “Business Insight” tərəfindən aparılıb.

Sorğuya əsasən paytaxt sakinlərinin fikrincə “ən ucuz” qiymətlə ticarət edən “Bravo” supermarketlər şəbəkəsidir. Respondentlərin 23,2% inanır ki, bu marketdə məhsulları daha aşağı qiymətlə əldə edə bilirlər. İkinci sırada isə “Araz” marketlər şəbəkəsi 16,5% ilə qərarlaşıb.

Digər bir maraqlı məqam isə endirimli qiymətlər təklif edən market olan “OBA”a isə sıralamada 3-cü olmaqla yanaşı 14,5% respondent ucuz olduğunu düşünüb.

“Azersun Holding”in “Bazar Store”si isə sıralamada rəqiblərindən xeyli az faizlə siyahıda yer tutmuşdur.

 

90908189 2956203661110027 2508765868758925312 n
Son xəbərlər
Oxşar xəbərlər