1 C
Baku
Saturday, December 14, 2024

Sosial evlər sahiblərinə təhvil verilməyib – Səbəb

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində güzəştli evlərə sahib olan vətəndaşlar hələ evlərinə köçməyiblər.

Banker.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasnda MİDA-nın mətbuat xidmətinin rəhbəri Diana Dadaşova deyib. O bildirib ki, evlərə sahib olan vətəndaşlar tərəfindən rəsmiləşdirmə işləri bitməyib.
“Rəsmiləşdirmə işləri başa çatmadığı üçün vətəndaşlar aldıqları evlərə baxış keçirməyiblər. İpoteka ilə evlərə sahib olanlar artıq banklara müraciət edirlər. Öz vəsaiti hesabına ev alanlarla da bu proses başlayıb”.

D.Dadaşova rəsmiləşdirmə işlərini bitirən bəzi vətəndaşların olduğunu desə də, rəqəm açıqlamayıb.

Qeyd edək ki, MİDA-nın birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində şəhid ailəsinin üzvü olan 4 nəfər, məcburi köçkün və onlara bərabər tutulan 47 nəfər, ən azı 3 il dövlət qulluğunda olanlardan 39 nəfər mənzil sahibi olub.

Həmçinin, minimum 5 il ümumtəhsil məktəblərində müəllim işləyənlərdən 28 nəfər, fəlsəfə doktoru olanlardan 3 nəfər, idman sahəsində xüsusi xidmətləri olan 5 nəfər, elmlər doktoru elmi dərəcəsi olan 7 nəfər, ən azı 15 il dövlət qulluğunda olan 35 nəfər, ən azı 3 il hərbi qulluqda olan 104 nəfər, ən azı 3 il daxili işlər orqanlarında xidmət göstərən 48 nəfər, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilərdən 4 nəfər sosial ev sahibi olub.

Xatırladaq ki, Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşən 324 mənzil seçimə təqdim edilmişdi.

Son xəbərlər
Digər xəbərlər