10 C
Baku
Friday, December 13, 2024

“Sosial fondların büdcələrinin icrasını müzakirə etməliyik”

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və İşsizlikdən Sığorta Fondunun büdcələrinin layihələrini müzakirə etdiyimiz kimi, onların icrasını da müzakirə etməliyik”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deputat Əli Məsimli deyib.

“Təkcə DSMF-nin illik büdcəsi 6 milyard manatdan çoxdur. Belə fondların səmərəli fəaliyyət göstərməsinin vacib amillərindən biri şəffaflığın, aşkarlığın və hesabatlılığın təmin edilməsidir. Odur ki, sosial fondların büdcəsinin icrasını müzakirə etməliyik”, – deyə o, qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər