Dövlət büdcəsi və icmal büdcə ilə əlaqədar məlumatlar əsasında sosial-iqtisadi proqnoz göstəriciləri dürüstləşdiriləcək.
Bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamda əksini tapıb.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyinə Maliyyə Nazirliyi tərəfindən 2022-ci il aprelin 1-dək İqtisadiyyat Nazirliyinə təqdim edilən dövlət büdcəsi və icmal büdcə ilə əlaqədar məlumatlar əsasında sosial-iqtisadi proqnoz göstəricilərini dürüstləşdirərək, 2022-ci il aprelin 8-dək Mərkəzi Bankına təqdim etmək tapşırılıb.