26 C
Baku
Wednesday, July 2, 2025

Sosial mənzillər necə satılacaq?

Dünən prezident İlham Əliyevin Sosial mənzillərlə bağlı fərman imzalamışdır. Qeyd edilən məsələ ilə bağlı iqtisadçı ekspert, Value&Sources şirkətinin rəhbəri Rəşad Əliyev öz rəyini bildirmişdir. Onun sözlərinə görə, yeni fərmanda sosial mənzillər alıcının öz vəsaiti hesabına və ipoteka krediti ilə alına bilər. İpoteka kreditləri Azərbaycan İpoteka Fondunun xətti ilə mövcud olan agent bankları tərəfindən veriləcək. Həmin ipoteka kreditlərinin verilməsi şərtləri güzəştli ipoteka kreditlərində olduğu kimi olacaq.  Ancaq ipoteka krediti üzrə ilkin ödəniş 10% təşkil edəcək. Hazırki dəyişiklik Azərbaycan İpoteka Fondunun əhəmiyyətini və fəaliyyət dairəsini genişləndirir. Əvvəllər fond ancaq təkrar bazardan mənzil alışını kreditləşdirirdi. İndi isə bura MİDA-nın tikdiyi binaların alışı üçün kreditlər də daxil olacaq.

Mənzillərin qiyməti MİDA MMC-nin Müşahidə Şurası tərəfindən müəyyən ediləcək. Qiymət müəyyən edildikdə mənzilin qiyməti onun bazar qiymətindən aşağı səviyyədə müəyyən ediləcək. Ehtimal etmək olar ki, bu səviyyənin nə qədər aşağı olacağı məznilin maya dəyəri ilə bazar dəyəri arasında olan intervalda olacaq.  Ancaq birda bir məqamı nəzərə almaq lazımdır ki, MİDA torpaq sahəsini pulsuz əldə edir. Üstəlikdə onun üçün digər güzəştlərdə mövcuddur. Buna görədə həmin mənzillərin maya dəyəri kifayət qədər aşağı olmalıdır. O ki qaldı bazar qiymətinə – bu İpoteka fondunun hazırda istifadə etdiyi meyarlar əsasında müəyyən olunacaq.

Buna da bax: Proqnoz: Sabah dolların rəsmi məzənnəsi 1,71 manat həddini keçəcək

Güzəştli ipoteka kreditini (Azərbaycan İpoteka Fondu ASC-nin verdiyi kreditlər) almaq hüququ olan bütün şəxslər bu cür mənzilləri almaq hüququna malik olacaqlar.

Mənzil əldə etmək istəyən şəxs elektron qaydada “Elektron hökumət” portalında olan “Güzəştli mənzil” elektron sistemi ilə müraciət etməli olacaq. Onun yaradılması dünənki, fərmanla 01 may 2017 tarixdən tətbiq ediləcək.

Tikilən bina üzrə işlərin 30%-i tamamlandırqdan sonra onların satışı haqda elan verilə bilər. Bu barədə KİVdə və müvafiq mənbələrdə satışa ən azı 30 gün qalmış elanlar veriləcək.  Mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz edilmiş vəziyyətdə təhvil veriləcək.

Bu mənzillərə tələbat olacaqmı? Sözsüz ki, tələbatın yüksək olması gözlənilir. Ancaq nəzərə almaq lazımdır ki, hələ satışların başlanması uzun müddət tələb edəcək. Çünki yaxın müddətdə satış üçün hələ heçnə olmayacaq.

Son xəbərlər
Digər xəbərlər