26 C
Baku
Saturday, April 27, 2024

Sosial müavinətlərlə bağlı yenilik – QANUN dəyişir

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 12-ci və 15-ci məsələləri – “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrini təqdim edib.

Banker.az xəbər verir o, bildirib ki, “Sosial müavinətlər haqqında” qanuna edilən dəyişikliklər mahiyyət etibarı ilə himayədar ailə institutunun yaradılması ilə əlaqədar Ailə Məcəlləsinə edilən dəyişikliklərə uyğunlaşma xarakteri daşıyır.

Düzəlişlərə əsasən, himayədar ailəyə verilmiş uşaqların tərbiyəsi və onlara mövsümi geyimlərin alınması məqsədi ilə 2 yeni sosial müavinət növü təsis edilir. Onlardan biri uşağın tərbiyəsi ilə bağlı xidmətlərin qarşılanması üçün nəzərdə tutulmuş aylıq müavinətdir, digəri isə mövsümi geyimlərin alınması üçün birdəfəlik müavinətdir. Digər dəyişikliklərdə həmin müavinətlərin verilməsi qaydaları, şərtləri, müddətləri və dayandırılması ilə bağlı hüquqi əsaslar ehtiva olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər