7 C
Baku
Thursday, December 12, 2024

Sosial şəbəkələrin statistikası – Dünyada və Azərbaycanda

Bu gün dünyada 4.4 milyard insan internet istifadəçisidir. Bu göstərici hər keçən gün artmaqdadır. İnternet istifadəçi sayının artması özü ilə sosial media aktivliyini də artırır.

Son hesabatlara görə hazırda dünyada 7.7 milyard insan yaşayır, onlardan:

  • 5.1 milyard – mobil telefon sahibi,
  • 4.4 milyard – internet istifadəçisi,
  • 3.7 milyard – aktiv sosial media istifadəçisidir.

Maraqlıdır ki, son bir ildə dünya əhalisi 1%, sosial media istifadəçi sayı isə 10% artıb.


Aylıq istifadəçi sayına görə sosial media və mesajlaşma platformaların reytinqi (Oktyabr, 2019):

  1. Facebook – 2.4 milyard
  2. Youtube – 2 milyard
  3. Whatsapp – 1.6 milyard
  4. Fb messenger – 1.3 milyard
  5. Wechat – 1.1 milyard
  6. Instagram – 1 milyard
  7. QQ – 808 milyon
  8. QZone – 554 milyon
  9. TikTok – 500 milyon
  10. Weibo – 486 milyon
  11. Reddit – 330 milyon
  12. Twitter – 330 milyon
  13. Douban – 320 milyon
  14. Snapchat – 314 milyon
  15. Linkedin – 310 milyon
  16. Pinterest – 300 milyon.

Facebook-da istifadəçi sayı:

  • 100 milyondan çox olan ölkələr – Hindistan, ABŞ, İndoneziya, Braziliya
  • 50-100 milyon olan ölkələr – Meksika, Filippin, Vyetnam, Tayland
  • 25-50 milyon olan ölkələr – Misir, Türkiyə,  B. Britaniya, Banqladeş, Pakistan, Kolumbiya, Fransa, İtaliya, Argentina və Almaniyadır.

İnstagram-da istifadəçi sayı:

  • 100 milyondan çox olan ölkələr – ABŞ,
  • 50-100 milyon olan ölkələr – Hindistan, Braziliya, İndoneziya,
  • 25-50 milyon olan ölkələr – Rusiya Türkiyə və Yaponiyadır.

Twitter-də istifadəçi sayı:

  • 50 milyondan çox olan ölkələr – ABŞ,
  • 10-50 milyon olan ölkələr – Yaponiya, Rusiya, B. Britaniya, S. Ərəbistanı,
  • 5-10 milyon olan ölkələr – Türkiyə, Braziliya, Hindistan, Meksika, İspaniya, İndoneziya, Kanada, Fransa və Avstraliyadır.

Azərbaycanın sosial media istifadəçi statistikası (Oktyabr, 2019)

Məşhur sosial şəbəkələrin Azərbaycandan istifadəçiləri ümumi nisbətdə o qədər də çox olmadığından adətən bizim ölkə haqda statistika paylaşmırlar. Amma sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edərək ölkəmizdəki istifadəçi sayını təxmin etmək mümkün olur.

grey - Sosial şəbəkələrin statistikası - Dünyada və Azərbaycanda

Hazırda Azərbaycanda aylıq aktiv 1.8 milyon Facebook istifadəçisi olduğu ehtimal edilir. Bunlardan:

  • 70% – kişilər,
  • 30% – qadınlar,

  • 24.3% – 25 yaşadək,
  • 33.8% – 26-35 yaş,
  • 20.6% – 36-45 yaş,
  • 21.3% – 46 yaşdan yuxarı auditoriya təşkil edir.

Ölkəmizdə Instagram istifadəçilərinin sayı isə təxminən 3 milyondur. Bunlardan:

  • 65.2% – kişilər,
  • 34.8% – qadınlar,

  • 31.1% – 25 yaşadək,
  • 48.1% – 26-35 yaş,
  • 15.2% – 36-45 yaş,
  • 5.6% – 46 yaşdan yuxarı auditoriya təşkil edir.
Son xəbərlər
Digər xəbərlər