24 C
Baku
Monday, April 29, 2024

Sosial yardım məbləği hansı rayonlarda daha yüksəkdir? – Siyahı

2023-cü il iyulun 1-i vəziyyətinə 80.3 min aztəminatlı ailənin 352.4 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 105.32 manat təşkil edib.

Banker.az açıqlanan rəsmi statistikaya istinadən bildirir.

Rayonlar üzrə 1 nəfərə düşən ən çox sosial yardım məbləği Qobustandadır. Bu rayonda aylıq ünvanlı dövlət sosial yardımın məbləği 114 manat 2 qəpik təşkil edir. Qobustandan sonra ən yüksək orta aylıq dövlət sosial yardımı Ağstafa rayonunda  verilib. Bu rayonda orta aylıq ünvanlı dövlət sosial yardımın məbləği 110 manat 29 qəpik olub.

Ağstafa rayonundan sonra ən yüksək sosial yardımın verildiyi şəhər və rayonlar arasında Balakən (109.87 manat), İsmayıllı (109.36 manat), Göyçay (108.82 manat), Cəlilabad (108.63 manat), Şəmkir rayonu (108.43 manat), Zaqatala (108.39 manat), Qəbələ (108.02 manat), Ucar (107.84 manat) ilk onluqda yer alıblar.

Sosial yardım alanlara verilən ən aşağı məbləğ Hacıqabul rayonu (100.08 manat), Füzuli rayonu (100.19 manat) və Şuşa rayonunda (100.36 manat) qeydə alınıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər