Çərşənbə günü səma mavisi rəngdə olan nadir brilyant Sotheby’s hərracında 17,1 milyon dollara satıldı. İlkin qiymətləndirmələrə görə, hərrac evi 342 lotdan 100 milyon dollar əldə edib.
Hərrac zamanı satılan ən bahalı nümunə 8,01 karat ölçüsü olan mavi brilyantlı Cartier üzüyü oldu. Bu üzük üçün ilkin qiymət 15-25 milyon dollar təyin edilsə də, son nəticədə üzük 17,1 milyon dollara satıldı.
Sotheby’s keçən il də nadir mavi brilyant satışa çıxarmışdı və bu brilyant Honqkonqdan olan milyonerə 48,5 milyon dollara satılmışdı. O həmin brilyantı özününü 7 yaşlı qızı üçün əldə etmişdi.
Brilyantlar və 8,37 karatlıq nadir Birmaniya rubinləri ilə bəzədilmiş digər Cartier üzüyü isə 3 milyon 610 dollara satıldı. Bu üzük üçün isə ilkin məbləğ 3 milyon dollar təyin edilmişdi.
Bundan əlavə, hərrac zamanı fərdi kolleksionerə məxsus 17,07 karatlıq çəhrayı brilyantlı üzük isə 18 milyon 350 min dollara satıldı.