13 C
Baku
Tuesday, May 14, 2024

Şotlandiya bank sistemi. II hissə

Artıq 1826-cı ildə Şotlandiya bank sistemi hökumət nizamnaməsinə sahib 3, 22 səhmdar və 11 özəl banka sahib idi. O dövrdə İngiltərədə belə səhmdar bank strukturlarının yaradılmasına icazə verən qanunlar yeni-yeni yaranırdı və İngiltərə bankının özü isə heç bir bölməyə sahib deyildi. Lakin Şotlandiyada isə bu vaxt bankların filialları çox sürətlə inkişaf edirdi. Şotlandiya bank sahəsinin uğurlu inkişafı və həmçinin qanunvericiliyin ona mane olmaması öz təsirlərini İngiltərəyə də göstərdi. Qeyd edək ki, bu dövrdə burada bankların bir çoxu çökmüş vəziyyətdə idi.

Bu zaman həmçinin Şotlandiya bank sistemi İngiltərədən kütləvi tərəfdaş ordusu əldə etmişdi və onlar da bank sahəsinin bütünlüklə azad olması tərəfdarı kimi çıxış edirdilər. 1825-ci ildə bir çox araşdırma aparan Parlament 1 funtluq banknotları dövriyyədən çıxarmağı qərara aldı. Belə ki, bu banknotların emissiyası mənfi nəticələr doğururdu. Lakin bu qərar bir çox şotlandiyalının etirazına səbəb oldu, çünki onlar bu neçə illər ərzində bu banknota çox öyrəşmişdilər. Hətta buna etiraz edənlərdən biri  də Volter Skott idi. Bütün bunlara baxmayaraq, son nəticədə 1 funtluq banknot dövriyyədən çıxarıldı. 1845-ci ildə hökumətin qəbul etdiyi qanuna isə Şotlandiyanın bütün bankları riayət etməli idilər. Bu qanuna əsasən, qanunun qəbulundan əvvəl yaradılmış banklar emissiyaların həyata keçirilməsi üçün müstəsna hüquqlara sahib oldular.

Banklar isə emissiya əməliyyatını qızılla tam təmin edə bilmədiyi üçün heç cürə keçən ilin orta gəlir göstəricilərini artıra bilmirdi. Lakin bəzi banklar əməliyyatı qızılla təmin edə bildikləri miqdarda banknotların emissiyası ilə məşğul olurdular.

İngiltərə bankları isə belə hüquqlara sahib deyildilər. Bu yeni qanunun qəbul edilməsi çərçivəsində uzun müddət ərzində mövcud məhdudiyyətlər yalnızca mənfi hallar doğururdu. Bununla da bankların fəallığı nəzərə çarpacaq dərəcədə aşağı enirdi. 1864-cü ildə böyük miqdarda Şotlandiya vətəndaşı bütün bunlara narazılığını bildirməyə başladı. Nəticədə də bunların hamısı növbəti 30 il ərzində Şotlandiya bank sistemində ağır nəticələrə gətirib çıxardı. Bu ölkənin böyük Qlazqo və Vestern Bank müflisləşdilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər