17 C
Baku
Saturday, May 18, 2024

Şotlandiya funtla birgə müstəqillik istəyir

Şotlandiya milli höküməti 2016-cı ilin martına kimi Böyük Britaniyadan asılı olmayan, müstəqil bir dövlət yaratmaq istəyir. Bununla yanaşı, Şotlandiya dövlət qüvvələri funt sterlinqi milli valyuta olaraq qoruyub saxlamaq istəyir.

Mümkündür ki, Şotlandiya qüvvələri funt sterlinqləri milli valyuta olaraq yalnız müstəqilliyin ilk mərhələsində saxlamaq istəyir.

Pulların çap edilməsinə nəzarət ilk mərhələdə o qədər də vacib olmayacaq. Hazırda isə milli qüvvələrin gələcəkdə Şotlandiyanın iqtisadi müstəqilliyini necə təmin edəcəyi daha prinsipial sualdır. Əgər onlar Şimal dənizi şelfinə giriş əldə etsələr, gələcəkdə milli valyuta məsələsini həll etmək bir o qədər asan olacaq.

Son vaxtlar Avropalı siyasətçilər Aİ-nın müxtəlif ölkələrində milliyətçi hisslərin ağırlaşmasına daha çox diqqət yetirməli olurlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər