5 C
Baku
Saturday, December 14, 2024

Şoyqu NATO-nun Ukraynaya silah tədarükünə 97 mlrd. dollar xərclədiyini bildirib

Qərb Rusiyanı zəiflətmək üçün Ukraynada hərbi əməliyyatları mümkün qədər uzatmağa çalışır.

Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən MN-nin kollegiya iclasında çıxışında bildirib.

O, 27 ölkənin Ukraynaya silah tədarükünə artıq 97 milyard dollar xərclədiyini söyləyib: “NATO qərargah zabitləri, artilleriyaçılar və digər mütəxəssislər Ukraynada cəbhədədir, Kiyev üçün NATO-nun 500-dən çox peyki işləyir”, deyə Şoyqu qeyd edib.

Rusiya MN başçısı bildirib ki, ABŞ-ın 800-dən çox kosmik aparatı Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün işləyir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər