Yaradılan qabaqcıl silah sistemləri Ukraynada xüsusi hərbi əməliyyat çərçivəsində tətbiq edilməlidir.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirliyin kollegiya iclasında bildirib.
“Modernləşdirməni və perspektivli sistemlərin yaradılmasını xüsusi hərbi əməliyyat zamanı istifadə etməyi davam etdirmək lazımdır”, – deyə Rusiya MN başçısı vurğulayıb.
Qeyd edək ki, Rusiya bu ilin fevralın 24-də Ukrayna ilə müharibəyə başlayıb. Rəsmi Moskva Ukraynada apardığı müharibəni xüsusi hərbi əməliyyat adlandırıb.