Rusiyanın müdafiə naziri Sergey Şoyqunun “Vaqner” Özəl Hərbi Şirkətinin silahlı qiyama cəhd etməsinə münasibət bildirib.
Şoyqu 23-25 iyun tarixlərində Rusiya Federasiyasında qiyama cəhdin ilk növbədə, Silahlı Qüvvələrin andına və hərbi borca sadiqliyinə görə uğursuzluqla nəticələndiyini söyləyib.
Şoyqu Rusiya Federasiyası Silahlı Qüvvələri xüsusi əməliyyat zamanı Ukrayna Silahlı Qüvvələrinin hücum potensialını azaldaraq onları effektiv şəkildə məğlub etməyə davam etdiyini bildirib.
“İyunun 4-dən etibarən Ukrayna Silahlı Qüvvələri təxminən 2.5 min ədəd müxtəlif silahlar itirib. İyunun 4-dən etibarən RF Silahlı Qüvvələri Yujno-Donetsk, Zaporojye və Donetsk istiqamətlərində Ukrayna Silahlı Qüvvələrinin 15 təyyarəsini, 3 helikopterini, 920 ədəd zirehli texnikasını məhv edib. Rusiya hava hücumundan müdafiə qüvvələri son bir ay ərzində 158 HIMARS raketini, 25 “Storm Shadow” qanadlı raketini və 386 PUA-nı vurub”, deyə Rusiya MN başçısı vurğulayıb.