1 C
Baku
Saturday, December 14, 2024

Sözləri hiss edən şəxs…

Copywriter – bu o peşəyə məxsus insandır ki, onun sözləri ilə brend tərənnüm olunur.

Brendin necə olduğu, hansı keyfiyyətlərə sahib olduğu və nələr vəd etdiyi barədə müştəriyə verdiyi məlumat copywriter-in verbal ünsiyyətinin məhsuludur.

Bu insan reklam ideyaları yaradır, strateqlərlə danışıqlarda və strategiyanın yaradılmasında iştirak edirlər. Copywriter-lər reklam roliklərinin sloqanlarını və ssenarisini yazır, rejissor axtarılmasında, onunla danışıqlarda, çəkilişlərdə və hazır məhsulun müştəriyə satılmasında iştirak edir. Copywriting – məna baxımından ayrılıqda götürülmüş layihənin bütün aspektləri üzərində işdir. Sənin çəkdiyin reklam çarxı demək olar ki, sənin övladındır və sən istəyirsən ki, o müştərinin, rejissorun, tamaşaçının, bir sözlə hamının xoşuna gəlsin. Bu yaradıcı işdir, lakin eyni zamanda burada diplomatiya və fəaliyyətin təşkil edilməsi xüsusiyyətləri də var.

Bu peşənin yaradıcılıq qismi ondan ibarətdir ki, lazım olan sözləri axtarıb tapırsan, küçədə, metroda insanların danışıqlarına qulaq asırsan, sənin fikrincə təqdim etdiyin brendə uyğun gələn cümlələri seçib yaddaşına yazırsan. Daha sonradan bütün bu söz bazasını öz layihənə cəlb edirsən. Sloqanın yaradılması hər kəsdə baş cür baş verir. Birisi saatlarla fikirləşib uyğun variantı axtardığı halda, birisi də intuitiv olaraq saniyələr içərisində istədiyinə nail olur. Lakin hər bir halda əməkdir.

Yaxşı copywriter olmaq üçün ilk növbədə sözləri hiss etmək, fikri dəqiqliklə və aydın qurmaq lazımdır. Bu kifayət qədər çoxşaxəli, rəngarəng və maraqlı bir işdir.

Təcrübə nə qədər çox olursa olsun, hər dəfə yeni bir layihə üzərində işlədikdə həyəcanlanmağa başlayırsan: alınacaq, alınmayacaq? Əlbəttə ki, təcrübə işdə böyük köməklik göstərir. Təcrübəli copywriter tapşırığa hansı yöndən yanaşmağı yaxşı bilir. Başqa sözlə desək, zamanla o daha asan işləməyin yolunu bilir.

Son xəbərlər
Digər xəbərlər