“Standard&Poor’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqinə yenidən baxıb.
Bu barədə reytinq agentliyi məlumat yayıb.
S&P bildirilir ki, Azərbaycanın xarici və yerli valyutada suveren kredit reytinqi “BB+/B” səviyyəsindədir. Reytinq üzrə proqnoz “neqativ”dən “stabil”ə yüksəldilib.
Məlumatda o da qeyd olunub ki, növbəti dörd il ərzində Azərbaycanda iqtisadi inkişaf göstəricisinin 3,3% artacağını proqnozlaşdırır.
2014-cü ildən bəri ilk dəfə bu il Azərbaycanda büdcə profisitlə icra olunacaq”
Bildirir ki, tədiyyə balansına təzyiqlər azaldığından ölkənin xarici valyuta ehtiyatları da artır.