6 C
Baku
Saturday, December 14, 2024

S&P 500 indeksi yeni rekord vurub

Amerika fond indeksləri S&P 500 və Nasdaq iyulun 10-da ticarət nəticələrindən sonra tarixi maksimumu yeniləyib.

Kapitallaşma üzrə ən böyük şirkətlərin S&P 500 indeksi ticarətin bağlanışında 5 633.91 bənd təşkil edib. İlin əvvəlindən bəri bençmark 18.12% dəyər qazanıb.

Texnoloji indeks Nasdaq iyulun 10-da 1.18% artaraq 18 647.46 bənd təşkil edib.

Bu, Nasdaq üçün ardıcıl yeddinci, S&P 500 üçün isə altıncı rekorddur. Bu, Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin çərşənbə axşamı ABŞ Konqresində verdiyi açıqlamalarla əlaqələndirilə bilər. O, FED-in inflyasiyanı 2%-lik hədəfə çatdırmaqda əhəmiyyətli irəliləyiş əldə etdiyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər