13 C
Baku
Friday, November 22, 2024

S&P: Azərbaycanın neft hasilatı 2027-ci ilədək sutkalıq 650 min barel səviyyəsində qalacaq

Azərbaycanın neft hasilatı 2027-ci ilədək sutkada orta hesabla 650 min barel səviyyəsində qalacaq.

Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilib.

 

Qeyd edilib ki, son illərdə Azəri-Çıraq-Günəşli kimi əsas neft yataqları köhnəlməkdə davam etdikcə hasilat sabit azalma tendensiyası nümayiş etdirir və 2019-cu ildəki sutkalıq 790 min bareldən 2023-cü ildə 650 min barelə enib.

“Bunun nəticəsidir ki, Azərbaycan OPEC+ tərəfindən ona ayrılan kvotadan aşağı hasilat həyata keçirir. Biz növbəti bir neçə ildə neft hasilatında müəyyən stabilləşməni gözləyirik, çünki bəzi yataqlarda davam edən azalma digərlərində kiçik tutum əlavələri ilə kompensasiya ediləcək. Uzunmüddətli dövrdə isə neft hasilatı azalmağa davam edəcək”- S&P əlavə edib.

Son xəbərlər
Digər xəbərlər